🌙 Fitrə zəkatı
● Fitr bayramının axşamı qürub (günbatan) vaxtı, həddi-büluğa çatmış, aqil (psixi cəhətdən normal vəziyyətdə) olan, ehtiyaclı olmayan (şəri baxımdan fəqir və miskin olmayan) şəxslərə fitrə zəkatı ayırmaq vacibdir. ● Fitrə zəkatı ayırmalı olan şəxs, özünün və Fitr bayramı axşamı qürub çağında onun çörəkyeyəni olan şəxslərin fitrə zəkatını verməlidir. ● Fitrə zəkatını verməli olan şəxsin çörəkyeyənlərinin kiçik və ya böyük, müsəlman və ya qeyri-müsəlman, xərclərinin bu şəxsə vacib olub-olmamasından, öz şəhərində yaşayıb-yaşamasından asılı olmayaraq, onların fitrə zəkatlarını verməlidir. ● Ev sahibinin razılığı ilə onun evində qonaq qalan şəxslərin də fitrə zəkatı ev sahibinin üzərindədir. Amma yalnız Fitr bayramı gecəsi qonaq olan qonağın fitrə zəkatı ev sahibinin öhdəsində deyil. ● Fitrə zəkatı olaraq, 1 sa (təqribən 3 kq) çörək, buğda, düyü və s. və yaxud onların pulu götürülür. Bayram axşamı (Ramazan bayramından öncəki gecə) şam azanından sonra çıxılan fitrə zəkatı, bayram günü b...